Sumqayıtda dövlət nəfinə müsadirə edilən 2 mənzil hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsindən fed.az-a verilən məlumata görə, mənzillərdən birinin ilkin satış qiyməti 39 min manat elan edilib. Mənzil 16-cı məhəllə ev 41/6 ünvanında yerləşir. Onu almaq üçün vətəndaşlar 3 900 manat beh ödəyərək hərraca qatıla bilərlər.
İkinci mənzil isə 47 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəhərin 5-ci mikrorayon, ev 3/12 ünvanın yerləşən evi almaq istəyənlər 4 700 manat beh ödəməli olacaqlar.
Xatırladaq ki, mənzillərin hərracı oktyabrın 23-də baş tutacaq. Həmin tarixə 3 bank günü qalanadək qeydiyyatdan keçmək tələb olunur.
MilliYol.az
Digər xəbərlər
loading...