ADO teatrında 18+ tamaşalarındakı qadın rollarını bundan sonra kişi aktyorları oynayacaq. Bu barədə aznews.az-a ADO teatrının bədii rəhbəri Elvin Bədəlov məlumat verib. Bildirib ki, heç bir qadın aktrisa həmin obrazları oynamaq istəmir:
“Bizim 18+ tamaşalarda fransız əsilli aktrisa Elsa Furtado rol alırdı. Lakin 13 oktyabr tarixində yeni işi ilə əlaqədar və vizası bitdiyi üçün öz vətəninə, Fransaya geri dönür. O, "MimOda18+", ADO teatrının "STOP", "Ağ-qara", "GOTT" tamaşalarında cəsarətli rolları ilə seçilib. Elsa getdiyi üçün onun rollarını oynayacaq aktrisa yoxdu. Ona görə dəyişiklik olacaq. Tamaşalarda qızların rollarını kişilər oynayacaq”.
E.Bədəlov bildirib ki, bunun üçün kişi aktyorun bədəninin tükləri təmizlənəcək: “Kişilərin bədəninin tükünü təmizləməklə yeni insan kimi təqdim eləmək olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...