Dünən Bərdə rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Lent.az-ın məlumatına görə, rayonun Qaradəmirçi kəndində özünü zəhərləyərək intihar edən Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının bir müddət əvvəl ailə həyatı qurduğu və hadisə zamanı ailə üzvlərinin də mənzildə olduğu üzə çıxıb.
Bildirilir ki, bu günlərdə G.Quliyeva ilə həyat yoldaşı arasında münasibətlər pozulub və ər 25 yaşlı xanımını onu sevməməkdə ittiham edib. Dünən mənzildə zəhərli məhlul içən Gülnar həyat yoldaşının yanına gəlib və həyat yoldaşının ittihamlarına həyatına son qoymaqla cavab verdiyini deyib. Gülnarın vəziyyətinin ağırlaşdığını görən əri təcili tibbi yardım çağırsa da, artıq gec olub və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...