Bu günlərdə Lvovda keçirilən idman yarışında ermənilərlə azərbaycanlılar arasında baş verən davadan sonra vəziyyət yenidən gərginləşib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev Azadinform-a bildirib ki, idmançılar arasında baş verən qalmaqaldan sonra – bu gün burda yaşayan ermənilər dükan-bazarlarda işləyən azərbaycanlılara hücum ediblər:
“Ermənilər bazarda xırda ticarətlə məşğul olan azərərbaycanlılara hücum ediblər, cavablarını da alıblar. Lakin bundan dərs çıxarmayan ermənilər təkrarən Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan dükan sahibi azərbaycanlılara dəstə halında hücum ediblər, soydaşlarımızın bəziləri xəsarət alıb. Hazırda Lvov Şəhər Administrasiyası milli münaqişə zəminində hadisələrin genişlənməməsinə çalışır”.
M. Nuxiyev həmçinin vurğulayıb ki, yarışı Lvovda yaşayan azərbaycanlılar da izləyirdi. Onun qənaətinə görə, bu gün baş verən insidentə səbəb də məhz yarışda tamaşaçı qismində iştirak edən həmyerlilərimizin ermənilər tərəfindən tanınması olub.
Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukrayna üzrə nümayəndəsi, Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu prosesi nəzarət altında saxlayır.
Xatırladaq ki, Ukraynada kunq fu və uşu idman növü üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava olub. Davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxribata əl atması olub.
Yarışdan sonra idmançılarımız Kiyevə gəlib, Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun müşayiəti ilə Bakıya yola salınıb.
***
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Rəcəbov və qardaşı Məhərrəm Rəcəbova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər. Hadisə bu gün yerli vaxtla saat 16:00-da baş verib.
Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər. Hadisə zamanı M. Rəcəbov onların əlindən xilas olaraq azərbaycanlı həmyaşıdlarının olduğu digər dükana keçib və bu zaman yenidən kütləvi dava düşüb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və 6 azərbaycanlı gəncə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışı da elan edilib.
"Milli Yol"
Digər xəbərlər
loading...