“Hansısa qüvvələrin ölkədə əks-inqilab edə bilməsi barədə söz-söhbətlər boş şeydir”
“Azadlıq” radiosunun verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda erməni diasporunun üzvləri ilə görüşdə deyib. Baş nazir qeyd edib ki, Yerevanda keçirilən tamamilə azad və ədalətli seçkilərdə onun dəstəklədiyi “Mənim addımım” blokunun qəti qələbəsi buna bir sübutdur.
Paşinyan deyib ki, onun hökuməti 4 ay ərzində ölkədə sabitliyin təmin edlməsi üçün bütün mümkün imkanlara əl atıb və buna nail ola bilib.
O qeyd edib ki, indi ikinci vacib məsələ, ölkəyə sərmayyə cəlb eləməkdir və bunun üçün vergi kodeksi və məhkəmə sistemində dəyişiklik edilir, ölkədə sabit siyasi sistem yaradılır və bütün bunların təmin edilməsi üçünsə yaxın vaxtlarda vaxtındanəvvəl parlament seçkisi keçirilməlidir:
“Yerevan bələdiyyə şurasına seçkinin nəticələri göstərdi ki, bu qaçılmazdır və seçkilər mümkün qədər tez keçirilməlidir”.
Qeyd edək ki, sentyabrın 23-də Yerevan bələdiyyə şurasına keçirilən seçkidə Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku 81 faizdən çox səs toplayıb. Qaydaya görə bu seçkidə səslərin yarıdan çoxunu qazanan partiyanın namizədi birpaşa Yerevan meri olur.
MilliYol.az