İsrailli analitik Avi İssaçaroff Anadolu Agentliyinə verdiyi açıqlamada, "İsraildə Rusiyanın atacağı addımlar barədə böyük bir narahatlıq var" deyib
İssaçaroff, Rusiyanın İsrailin Suriya hava məkanında sərbəst hərəkət azadlığını məhdudlaşdıra biləcəyini qeyd edərək, "İsraildəki narahatlığın mənbəyi, Rusiyanın, Suriyanın dərinliklərində İran və Suriya hədəflərinə hücum edən İsrail döyüş təyyarələrinin hərəkət azadlığına gətirəcəyi məhdudiyyətdir" deyib.
Vəziyyətin "gözlə, gör" rejimində olduğunu və kimsənin Rusiyanın necə qərar verəcəyini proqnozlaşdıra bilmədiyini qeyd edən İssaçaroff bunları qeyd edib:
“Kimsə Rusların nə edəcəyini bilmir, amma Ruslarla mövcud müqavilələri davam etdirmək üçün İsrailin çox gərgin səyi var. Ancaq Ruslar da iki yönlü bir oyun oynayır. Bir tərəfdən Suriyalılarla koordinasiya saxlayırlar və onlara qoruma təmin edirlər. Digər tərəfdən, Suriya torpaqlarında hər hansı bir İran təmərküzləşməsini əngəlləmək üçün İsrailə Suriyada İran hədəflərini vurması üçün yaşıl işıq yandırırlar".
Digər tərəfdən, keçmiş İsrail Hərbi Kəşfiyyat rəhbəri Amos Yadlin isə verdiyi açıqlamada, Rusiyanın texniki olaraq səhv etdiyini irəli sürərək, Rus təyyarəsinin Suriyaya aid qurudan havaya SAM-5 raketlə vurulduğunu qeyd edib.
Yadlin, sosial paylaşma saytı Twitterdəki hesabından verdiyi yazılı açıqlamada, İsrail döyüş təyyarələrinin Suriyadakı əməliyyat zamanı Rus təyyarələrinin bölgədə olmadığını, Suriya hava müdafiə sistemlərinin dövrəyə girdiyi zaman da İsrail təyyarələrinin öz hava məkanına döndüyünü bildirərək, "Halbuki, Suriya ordusunun təsadüfi raket atəşləri, göy üzündə Rus təyyarələrinin olduğu gerçəyini nəzərə almamışdı" deyib.
İsrailin “Haaretz” qəzetinin hərbi analitiki Amos Harel isə, Rusiyanın İsrailə dair mövqeyində dəyişiklik ola və İsrailin Suriya hava məkanında sərbəst hərəkətini məhdudlaşdıra biləcəyini bildirib.
Harel, hadisənin İsraili küncə sıxışdırdığını qeyd edərək, "Hadisə İsraili Ruslarla çox çətin bir vəziyyətə saldı və indiyə qədər şimal cəbhəsində strateji olaraq sərbəst hərəkət edən İsrail hava qüvvələrinin hərəkət azadlığına mənfi təsir göstərə bilər” deyib. (müxalifət.az)
MilliYol.az