Avropa Komissiyası (AK) Polşada məhkəmə sistemində aparılmış islahatlarla bağlı ölkə hakimiyyətinə qarşı Avropa Məhkəməsində iddia qaldırmaq qərarına gəlib
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
AK-nın bəyanatında göstərilib ki, Komissiya Polşanın Ali Məhkəmə barədə yeni qanununda məhkəmə orqanlarının müstəqilliyi prinsipinin pozulması ilə əlaqədar olaraq, Avropa Məhkəməsinə müraciət etməyə və onlardan iş üzrə qərar qəbul edilənə qədər müvəqqəti tədbirlər görməyi xahiş etməyə qərar verib.
Eyni zamanda AK-dan bildiriblər ki, Polşanın Ali Məhkəmə barədə qanunu məhkəmənin müstəqilliyi prinsipini pozduğundan Aİ qanunvericiliyinə uyğun gəlmir.
MilliYol.az
Digər xəbərlər
loading...