Azərbaycan gömrüyünün qeyri-rəsmi şefi Əbülfəz Məlikovun gömrükdəki fəaliyyətini gizlətmək üçün müxtəlif üsullara əl atılır
Uzun zamandır “itkin” olan və heç bir yerdə görünməyən və hətta İspaniyada yeni biznes qurduğu iddia olunan “Broker” Əbülfəz birdən birə Atçılıq Federasiyasında peyda olub. Bu barədə dia.az saytı məlumat yayıb. Saytın əldə etdiyi şəkillərdə isə “Broker” Əbülfəzin Atçılıq Federasiyasının rəhbəri kimi yuxarı başda oturduğu görünür.
Saytın yazdığına görə Səfər Mehdiyevin himayəsi altında olan “Meyvəli” meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasının təchizat departamentinin rəhbəri, Əbülfəz Məlikov bacısı oğlu Tural və “Meyvəli” gömrük terminalının qeyri-rəsmi rəhbəri İntiqam Mahmudov artıq çoxdan Atçılıq Federasiyasının bütün işlərinə nəzarəti həyata keçirirlər:“Atçılıq Federasiyasının bütün yarışlarını Əbülfəz Məlikov təşkil edir. Atçılıq Federasiyasının idarə heyətinin üzvü olan keçmiş broker yarışa qədər bütün hazırlıq işlərinə özü rəhbərlik edir. Qeyri-rəsmi olaraq “Meyvəli” Gomruk terminalına rəhbər təyin etdiyi İntiqam Mahmudovla Təchizat departamentinin rəhbəri Tural (Ə.Məlikovun bacısı oglu) Atçılıq Mərkəzində təmizlikdən tutmuş tribunaların qurulmasına qədər bütün işlərə rəhbərlik edirlər”.
“Meyvəli” terminalındakı fəhlələri istirahət gunlərində məcburi olaraq Atçılıq mərkəzinə aparılıb orda çalışdıqları iddia olunur. Bu barədə mənbə bildirib ki, “yuxarılar”ın yanında olduqca “sözəbaxan” görünməyə çalışan “Broker” Əbülfəz fəhlələrin qənimidir. Əgər o, gorsə ki hansisa fəhlə su içir, yaxud istirahət üçün kölgəlik yerə gəlib, İntiqam Mahmudovu yanına çağıraraq nalayiq soyuşlər söyərək fəhlənin işdən qovulmasını tapşırır”.
Qeyd olunur ki, Məlikov həmyerlisi olan İntiqam Mahmudova və Tural adlı bacısı oğluna ciddi və gizli tapşırıq verib. Bu tapşırığa əsasən Atçılıq Mərkəzində görülən bütün işlər videolentə alınaraq “arxivləşdirilir”. Və iddia olunur bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin məlumatlı olması çərçivəsində həyata keçirilir.
Sayt sual edir ki, S.Mehdiyevlə əlbir olaraq at yarışlarını gömrük terminalının işçiləri tərəfindən təşkil olunduğunu videolentə almaqda məqsəd nə ola bilər?
Bu arada Atçılıq Federasiyasının idarə heyətinin üzvü olan Əbülfəz Məlikovun bu federasiyaya prezisent gətirilməsi istisna olunmur.
Xatırladaq ki, Əbülfəz Məliov uzun illərdir Dövlət Gömrük Keçid Məntəqlərində qeyri rəsmi nəzarəti həyata keçirir. Uzun illərdir ki, sahibkarların iddia etdiyinə görə gömrükdən keçən bütün malları “Broker” Əbülfəzin adamları həyata keçirir. Gömrükdəki rüşvət pullarını da bir qayda olaraq heç bir rəsmi səlahiyyət sahibi olmayan Məlikovun adamları yığır.
“Broker” Əbülfəzin gömrükdəki mütləq hakimiyyəti o boydadır ki, onun izni olmadan gömrükdən heç kim heç bir mal keçirə bilməz. İddialara görə belə mütləq hakimiyyəti ona Dövlət Gömrük Komitəsinin sədri tərəfindən verilir. Bu yolla Əbülfəz Məlikov ölkədə monopoliaynı idarə edir...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az