Abşeron rayonunda qadın oteldə qətlə yetirilib
DİN-dən verilən məlumata görə, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
MilliYol.az
Digər xəbərlər
loading...