Hökümə və Gülbikə xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq Hökümənin həyatını xilas etmək mümkün olmayıb
Sentyabrın 22-də Saatlı rayonunda yaşayan Hökümə Alışovanın evinə gəlmiş kürəkəni, Qaralar kənd sakini Xəyal Həşimov ona və arvadı Gülbikəyə bıçaqla xəsarət yetirib “Opel” markalı avtomobili ilə hadisə yerini tərk etməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-dən AzVision.az-a verilən xəbrə görə, Hökümə və Gülbikə xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq Hökümənin həyatını xilas etmək mümkün olmayıb.
Görülmüş tədbirlərlə qeyd edilən avtomobil həmin gün polis əməkdaşları tərəfindən Seyidlər kəndi ərazisində tapılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həşimov saxlanılıb.
MilliYol.az