"2018-ci ildə neft hasilatına görə ABŞ Rusiyanı qabaqlayacaq"
Bu sözlər OPEK-in “World Oil Outlook 2040” proqnozunda yer alıb. Təşkilatın proqnozuna əsasən, gələn il Rusiya tərəfi gündəlik neft hasilatını 10,3 milyon barrel həcmində saxlayacaq. ABŞ-ın nefti hasilatı isə cari ildə 10,5 milyon barrelə, gələn il isə 11,5 milyon barrelə çatacaq:
“ABŞ Rusiyanı neft hasilatı məsələsində növbəti illərdə də üstələyəcək. 2025-ci ilə qədər Rusiyanın gündəlik hasilatı 10,4 milyon barrelə çatacaq. Amerikada isə bu göstərici 13,4 milyon barrel olacaq. 2035-ci ildə isə bu göstərici 10,2 və 11,4 milyon barrel miqdarında olacaq. Bununla belə, 2023-2040-ci illərdə OPEK-ə daxil olmayan ölkələrin hasilatı ümumilikdə 6,7 milyon barrel (gündəlik) azalacaq”. (axar.az)
MilliYol.az