Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub.
A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.
Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.
Faktla bağlı araşdırma aparılır. (report.az)
MilliYol.az
Digər xəbərlər
loading...