"Rusiya və Türkiyənin İdlibdə silahsız bölgə yaratması ABŞ-ı Suriyada məsuliyyətsiz addım atmaqdan çəkindirəcək"
Bunu Pentaqonun sabiq əməkdaşı, polkovnik Karen Kviatkovski söyləyib. O, hazırda qorunan ərazinin “silahlardan təmizlənmiş bölgə” kimi adlandırılmasının hücumların qarşısını aldığını bildirib.
Analitik Rusiya ilə Türkiyənin bu addımının ABŞ və İsrailin Suriya idarəçiliyinə qarşı mübarizə aparan müxalifləri dəstəkləməsini çətinləşdirəcəyini deyib: “Əgər təhlükəsizlik səviyyəsi ABŞ-ın Suriyadakı mövcudluğunun gərəkli olmadığı barədə qərar verəcəyi həddə çatarsa, Prezident Donald Tramp ölkə xaricindəki qarşıdurmalara pul xərcləməyəcəyinə dair vədlərini qismən yerinə yetirmiş olacaq”. (axar.az)
MilliYol.az