Ukrayna vətəndaşlarının yalnız 5 faizi hazırkı dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməsini dəstəkləyib
Bu, Ukraynanın “NyusVan” telekanalının keçirdiyi sorğu nəticəsində məlum olub.
Sorğuda ümumilikdə 35 min nəfər iştirak edib. Bunlardan 95 faizi Poroşenkonun yenidən seçilməsinə müsbət yanaşmayıb və cəmi 5 faiz onu növbəti müddətə də öz postunda görmək istədiyini bildirib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ilin martında keçiriləcək. Sosioloqların sözlərinə görə, hazırda sorğular nəticəsində prezident postuna ən real namizəd kimi Yuliya Timoşenkonun adı hallanır.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...