ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etmək barədə qərarından sonra Pekin Vaşinqtonla yeni ticarət məsləhətləşmələrindən imtina edib
ÇXR Dövlət Şurasının vitse-prezidenti Lü He gələn həftə nümayəndə heyəti ilə Birləşmiş Ştatlara getməyə hazirlaşsa da, sonradan səfər ləğv edilib.
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında gərginliyin azaldılmasına yönələn danışıqlara nəzarət ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə həvalə olunub.
Xatırladaq ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faizlik yeni rüsumlar tətbiq ediləcəyini bildirib. Qərar sentyabrın 24-dən qüvvəyə minməlidir. Yanvarın 1-dən isə tariflərin 25 faizədək artırılması nəzərdə tutulur. Pekinin cavab tədbirləri görəcəyi təqdirdə Donald Tramp rüsumların üçüncü mərhələsinin də tətbiq olunacağını istisna etmir.(azərtac)
MilliYol.Az