Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb
73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançının rəqibi yaponiyalı son dünya çempionu Soiçi Haşimoto olub.
Görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Lakin əlavə bölümdə Haşimoto ipponla qələbə qazanaraq, finala yüksəlib. Heydərov isə bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.
Tsend-Oçir 1/8 finalda azərbaycanlı digər cüdoçu Rüstəm Orucovu mübarizədən kənarlaşdırıb.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...