Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Münbiç bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı uğurla davam edir
Bu barədə açıqlama verən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, hazırda Türkiyə və ABŞ hərbçilərinin bölgədə patrul xidməti aparmaq üçün keçdikləri təlimlər başa çatmaq üzrədir. Yaxın vaxtlarda ortaq koordinasiya əsasında birgə patrul xidməti aparılacaq.
Qeyd edək ki, Münbiç yol xəritəsinin ilkin detallarına dair razılaşma iyunun 4-də Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında keçirilən görüşdə əldə olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...