Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər ölüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 05.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.
“Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.
Qəza zamanı avtomobilin sürücüsü və daha 3 nəfər şəxs hadisə yerində ölüb. Artıq ölənlərin kimliyi məlum olub.
Hadisə zamanı sürücü, Balakən rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əlixan oğlu Saramanov, sərnişinlər - Balakən rayon sakinləri, 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları xəsarətdən ölüblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...