Türkiyə parlamentinin sədri Binəli Yıldırım Bakıda rəsmi səfərdədir.
“Ölkə.Az” xəbər verir ki, Binəli Yıldırımı hava limanında görən Məhəmməd Taha adlı tələbə onu qucaqlayıb
Tələbə Binəlini qucaqlayanda göz yaşlarını saxlaya bilməyib və sizi çox sevirəm deyib.
Yıldırımı hava limanında Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və səfirliyin işçiləri qarşılayıb.
Qeyd edək ki, Binəli Yıldırım Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edəcək
Tədbirdə Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan və Omman parlamentlərinin sədrləri iştirak edəcək. Bundan başqa Rusiya, İran, Macarıstan, Polşa, Serbiya, Monteneqro, Çexiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Vyetnam parlamentləri sədrlərinin müavinlərinin də iştirak edəcəyi tədbirdə 150 millət vəkili də olacaq.
MilliYol.Az