Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb. Mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir
Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb.
Vida mərasiminə qatılannların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunacaq.
***
Sentyabrın 19-da axşam saat 21:00 radələrində İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilən iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.
“AzPolitika.info”nun verdiyi məlumata görə, mərhumun cənazəsini gətirən təyyarə gecə 00:30 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Cənazəni mərhumun yaxınları, dostları, siyasətçilər, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb.
E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. “Qafqazinfo”ya istinadən hava limanından çəkilən fotoları təqdim edirik:
Qeyd edək ki, dünən İstanbulun Florya məscidində Etimad İsmayılovla vida mərasimi keçirilib. Məscid yerləşdiyi rayon İstanbul Polis İdarəsi və təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühafizə olunub. Vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir Əhməd Davuoğlu, KİV rəhbərləri, siyasi partiya nümayəndələri və mərhumun yaxınları iştirak edib. Cənazə namazı qılındıqdan sonra cənazə Bakıya göndərilməsi üçün hava limanına yola salınıb.
Onu da qeyd edək ki, Etimad İsmayılov bu gün təxminən 12:00 radələrində Nardaran qəbristanlığında dəfn olunacaq. Cənazə İlyas İsmayılovun Nardarandakı evindən götürüləcək. Mərhumun yas mərasimi isə bazar günü “Tural” Mərasim Evində olacaq.
MilliYol.Az