"Biz gimnastika, güləş və boks üzrə dünya çempionatlarına ev sahibliyi etmişik. İndi də cüdo üzrə dünya çempionatı Azərbaycanda keçirilir"
Bunu report-a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov cüdo üzrə dünya çempionatı barədə danışarkən deyib.
O, Azərbaycanda cüdo idman növünün məşhur olduğunu bildirib: "Bakıda keçirilən şəhər birinciliklərində 500-dən artıq gənc və böyük idmançılar toplaşır. Bizim böyük nailliyyətlərimiz var. Sözsüz ki, bu yarış cüdonun daha böyük inkişafına və onun gələcəyinə böyük töhfə verə bilər. Ona görə də çalışırıq ki, çempionat yüksək səviyyədə keçirilsin.
Həqiqətən də, gələn idmançılar, qonaqlar və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri qeyd edirlər ki, yarış yüksək səviyyədə təşkil olunub. Çox istəyərdik ki, bu yarışda bizim idmançılarımız çoxlu medal qazansınlar".
MilliYol.az