Daxili İşlər Nazirliyi Gəncədə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat yayıb.
MilliYol.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar.
Qeyd edək ki, Asif Əliyev holdinqin Gəncə filialının rəhbərinin oğludur. Digər saxlanılan şəxs isə Asif Əliyevin əmisi oğludur.
Hadisə yerində çəkilmiş və hadisəni törətmiş şəxslərin görüntülərini ARB və APA-ya istinadən təqdim edirik.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...