"Azərbaycan Ukrayna üçün sabit tərəfdaşdır və biz münasibətlərimizin inkişafı üzərində işləyəcəyik"
Bunu virtualaz.org-a Ukrayna baş nazirinin birinci müavini, Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın həmsədri Stepan Kubiv deyib.
Onun sözlərinə görə, iki ölkənin strateji əməkdaşlığının əsasını ərazi bütövlüyünün və müstəqilliyin qarşılıqlı dəstəklənməsi təşkil edir.
İqtisadi münasibətlərə toxunarkən S.Kubiv qeyd edib ki, ölkələr arasında energetika, təhsil və turizm, həmçinin hərbi-texniki əməkdaşlıq sferalarında əməkdaşlıq uğurla inkişaf edir.
S.Kubiv nəqliyyat sferasından da dayan keçməyib və vurğulayıb ki, Azərbaycanla bu istiqamətdə daim iş gedir.
Onun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizi marşrutu "İpək Yol"u Ukrayna və Azərbaycanın birgə iştirak etdikləri ən perspektivli layihədir.
Baş nazirin birinci müavini əlavə edib ki, Ukraynada Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.
MilliYol.Az