Federal Statistika Xidməti Rusiya əhalisinin sayını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda 2018-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin 91 min 900 nəfər azaldığı qeyd olunur
Mühacir axını nəzərə alınmayanda isə 7 aylıq azalma 170 min 500 nəfər göstərilir.
Hesabatda 2017-ci ilin eyni dövründə ölkə əhalisinin sayında 5 min 300 nəfər artım qeydə alındığı xatırladılır.
Statistika Xidməti bildirir ki, bu ilin 7 ayında Rusiya Federasiyasının 83 subyektində doğum göstəricisi aşağı enib: hər 1000 nəfərə 10,9 doğulan. Ötən ilin müvafiq dövründə doğum göstəricisi 1000 nəfərə 11,4 olub.
Ölkənin 54 subyektində ölüm hallarının daim çoxaldığı deyilir.
Federal Statistika Xidmətinin hesabatında bildirilir ki, belə dinamika saxlansa, 2018-ci il son 10 ildə əhalinin azaldığı ilk il olacaq.
MilliYol.Az