Rəsmi Kabil ölkə konstitusiyası çərçivəsində “Taliban” hərəkatı ilə birbaşa danışıqlar aparmağa hazırdır
Rusiya mətbuatı yazır ki, bu barədə Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Məhəmməd İbrahim Tamil bildirib.
“Əfqanıstan hökuməti dialoqa, görüşlərə hər zaman hazır olduğunu dəfələrlə bəyan edib. Bu danışıqların Əfqanıstan konstitusiyası çərçivəsində aparılmasından başqa bizim heç bir ilkin şərtimiz yoxdur. Biz “Taliban” hərəkatı ilə istənilən birbaşa dialoqa və görüşə, onların tələbinə qulaq asmağa və bu məsələ ilə bağlı öz fikrimizi bildirməyə hazırıq”, - deyə Tamil vurğulayıb.
Bir qədər əvvəl taliblərin səhra komandiri Şir Ağa hərəkatın vasitəçiləri gözləmədən hökumətlə sülh danışıqları aparılmasına tərəfdar olduğunu bildirib.
MilliYol.Az