Xəbər verdiyimiz kimi, dünən axşam saat təxminən 21:00 radələrində iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilib
Xəbər verdiyimiz kimi, dünən axşam saat təxminən 21:00 radələrində iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilib. Floryadakı ofisində 2-si başından, 1-i isə ürəyindən 3 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
“AzPolitika.info”nun Etimad İsmayılovun yaxınlarından aldığı məlumata görə, mərhumun cənazəsi bu gecə saat 12:00 radələrində Bakıya gətiriləcək.
Etimad İsmayılov sabah təxminən 12:00 radələrində Nardaran qəbristanlığında dəfn olunacaq. Dəfn mərasimi İlyas İsmayılovun Nardarandakı evində keçiriləcək.
Mərhumun yas mərasimi isə bazar günü “Tural” Mərasim Evində olacaq.
Allah rəhmət eləsin!
MilliYol.Az