Keçən həftə avtomobil tərəfindən vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.
Avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "KİA” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli tutulub.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır./report.az/
MilliYol.Az
Digər xəbərlər
loading...