Ermənistanda hərbi xidmətə çağırılan gənc intihar edib
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Artaşat magistralı yaxınlığında baş verib.
Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxs çıxış yolunu intiharda görüb.
O, Artaşat magistralı yaxılığında özünü ağacdan asaraq həyatına son verib.
Məlumata görə, özünü öldürən Armanın cibindən məktub tapılıb. O, Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz olaraq intihar etdiyini yazıb.
Faktla bağlı araşdırmalar davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...