Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən elektron sifariş və onlayn iştirak imkanlarından istifadə ilə sentyabrın 18-də növbəti hərrac keçirilib
MilliYol.Az Komitəyə istinadən bildirilir ki, bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir:
“Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kvadratmetrdir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olunub.
Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Bu əmlakın ümumi faydalı sahəsi 376 kvadratmetr, satış qiyməti isə 100 min manatdır”.
Reallaşan hərracların nəticələri, özəlləşdirilən dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytında (www.emdk.gov.az) müsabiqə və hərraclar bölməsində “nəticələr” keçidinə daxil ola bilər.
MilliYol.Az