14 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48)
Oyunun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
5 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
“Səbail” – “Zirə” matçında “Zirə” komandasının heyətində limit pozulmuşdur. Belə ki, turnirin reqlamentinə əsasən protokola 1998 - ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. “Zirə” komandası protokola 1998 - ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə, oyunun nəticəsi ləğv edilir, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).
16 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
MilliYol.Az