Az yaşlı qızla evlənib, qadınları cəllada çevirib
İraqda öldürülən Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayevin İŞİD-dəki fəaliyyəti və idmançını Mosula aparan yollar üzə çıxıb. Avropa çempionunun yaraqlılara qoşulması anidən baş verməyib.
O, xalça üzərində ilk qələbələrindən sonra çox yeniyetmə bir qızla evlənib. 2 ildən sonra onların bir qızı olub ki, körpəyə Dağıstan üçün qeyri-adi olan Xəttab adını qoyub.
Rusiyalı həmkarlarımızın yazdığına əsasən, 74 kq və 84 kq çəki dərəcələrində Azərbaycan çempionu adını qazanan Çamsulvarayevin İŞİD-də əsas vəzifəsi kamikadzelər hazırlamaq olub. O, ancaq qadın və qızları bu işə cəlb edirmiş.
Sabiq güləşçimizin yaraqlılara 2014-cü ildə qoşulduğu vurğulanır. Peşəkar idmanı atan güləşçi adını da həmin vaxt dəyişib və “Al-Bara” olub. Həmkarlarımız Çamsulvarayevin “İŞİD”ə qoşulan güləşçilər arasında ən titullusu olduğunu da qeyd ediblər. Onların yazdığına əsasən, sabiq təmsilçimizə qədər bir çox idmançılar öldürülsə də, bu yaraqlıların içərisində ən tanınmışı olub.
Qeyd edək ki, 2000-ci illərdə milliləşərək Azərbaycan yığmasına cəlb olunan Çamsulvarayev ölkəmizə 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazandırıb. Həmçinin, 2009-cu ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var. (apasport.az)
MilliYol.Az
Digər xəbərlər
loading...