“Lazımsız söz-söhbəti ortalıqdan qaldırmaq lazımdır. Kim əlinə mikrofon alırsa, səhnəyə çıxıb oxuyursa, bizim işimiz deyil”
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Brilliant Dadaşova “ATV maqazin onlarla” verilişində deyib. Müğənni illərdir küsülü olduğu əməkdar artist Lalə Məmmədovanın onun mahnısını oxumasına münasibət bildirib:
“Xəbərim yox idi. Görməmişəm, nə deyə bilərəm? Oxunan mahnıları kimsə oxumaq istəyirsə, deməsin, müğənnidən halalıq aldım. Musiqi hamıya məxsusdur. İstəyirəm bu söhbətlər ortalıqdan qalxsın. Səviyyəsiz söhbətdir atıblar ortaya. Musiqidə nə halallıq. İnsan danmıyanda, çörək itirməyəndə, kimdən öyrənibsə, danmırsa, insanı keyfiyətlərdir. Danırsa, insani keyfiyəti yoxdur demək”.
MilliYol.Az