Bir neçə gün öncə Ermənistan mətbuatında guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı xəbərlər yayılmışdı. Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq ermənilərin bu iddiasını yalanlamışdı.
Bildirilmişdi ki, Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmayıb. Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.
Nazirlik bəyan etmişdi ki, erməni tərəfi səhvən öz PUA-sını vuraraq yerə salıb.
"Azeri Defence" jurnalının baş redaktoru Rəşad Süleymanov azvision.az-a açıqlamasında deyib ki, ermənilərin bu günlərdə nümayiş etdirdikləri və Azərbaycana məxsus olduğunu iddia etdikləri PUA modeli Azərbaycan Silahlı Qüvvələrində mövcud deyil.
Onun sözlərinə görə, fotolardan göründüyü kimi, həmin PUA İsrailin İAİ şirkətinin istehsalı olan "Serçer" (İAİ Searcher) PUA-dır: "Bir vaxtlar biz də Azərbaycanın silahlanmasında bu PUA-nın olduğunu yazmışdıq. Daha sonra bu xəbəri SAMTO və SİPRİ kimi təşkilatlar mediadan götürüb hesabatlarına salmışdılar. Amma sonradan apardığımız araşdırma zamanı Azərbaycanın bu PUA-nı almadığını dəqiqləşdirdik. Belə ki, 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin PUA seçimi testləri zamanı adıçəkilən PUA İsraildən digər bir neçə modellə birlikdə Azərbaycana testlərə gətirilib. Testlərdən sonra Azərbaycan "Aerostar"ı və digər - taktik PUA-ları seçdiyindən "Serçer" alınmayıb".
R.Süleymanov qeyd edib ki, göstərilənlər böyük ehtimalla Rusiyanın 102-ci bazasının silahlanmasına 2015-ci ildə verilmiş "Forpost" PUA-sıdır:
"Hansı ki, ruslar İsrailin İAİ şirkəti ilə əməkdaşlıq çərçivəsində "Serçer"i "Forpost" adıyla istehsal edirlər. Ehtimalla ermənilər ya rusların PUA-nı düşürüblər, ya da 102-ci bazadan hansısa məsələ ilə bağlı qaldırılmış "Forpost" PUA qəzaya uğrayıb. Əgər PUA həqiqətən Azərbaycana məxsus olsaydı, ermənilər onun üzərindəki fərqlənmə nişanlarını göstərərdilər. "Serçer" PUA əslində xarici görünüşcə "Aerostar"a bənzəsə də burun və quyruq hissədə, habelə mühərrikin yerləşməsi daxil olmaqla bir sıra dizayn fərqi var".
Ekspertlərin fkrincə, Müdafiə Nazirliyinin rəsmi məlumatına əsaslanaraq qeyd etmək olar ki, Ermənistan Silahlı Qüvvələri səhvən Rusiyaya məxsus PUA-nı vurub.
"Milli Yol"
Digər xəbərlər
loading...