Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriya HHQ-yə aid S-200 raket kompleksi tərəfindən vurulub
MilliYol.Az Muxalifet.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“F-16-ya nisbətən daha böyük effektiv əksetmə səthinə məxsus İl-20 təyyarəsi S-200 kompleksinin raketi ilə vurulub”, - əlavə edib.
Məlumata əsasən, Əsəd qüvvələri Rusiya təyyarəsini Surayın havadan müdafiə sisteminə müdaxilə zənn edərək, təyyarəni düşürüblər. Belə ki, rus təyyarəsi Aralıq dənizindəki Fransa gəmisindən, yaxud da İsrail tərəfdən atılan raket kimi qəbul olunduğundan, ona qarşı atəş açılıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “İl-20” təyyarəsinin göyərtəsində olan 15 hərbçinin hamısı həlak olub.
“LifeShot” telegram-kanalı xəbər verir ki, Rusiya MN-in məlumatına əsasən, İsrail ordusunun F-16 təyyarələri Rusiya təyyarəsinin S-200 raket kompleksi tərəfindən vurulmasına səbəb olublar.
“Biz müvafiq cavab hərəkətlərinə haqqımızı qoruyub saxlayırıq”, - Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
MilliYol.Az