Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. VII turun son oyununda "Qəbələ" "Qarabağ"ı qəbul edib. Görüşdə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri zirvədəki yerlərini qoruyublar.
Oyundan sonra "Qəbələ"nin prezidenti Tale Heydərov fikirlərini bildirib. Brifinqdə klub rəhbəri bunları deyib.
- Bugünkü oyun bizim üçün çempionluq yarışında çox önəmli idi. Gördüyünüz kimi meydanda da əsl savaş gedirdi.
- “Qəbələ” çempionluq uğrunda əsas rəqiblərində birini məğlub etdi. İndidən çempionluq haqqında fikirləşmək olar?
- Əsas olan qələbə idi, onu da əldə etdik. Bu qələbə bizi məqsədimizə doğru aparır. Bu yolda əsas rəqibimiz “Qarabağ”dı. Amma qarşıda çox oyunlar var, indidən çempionluq haqda danışmaq tezdi.
- Hər iki komanda 3 gün əvvəl avrokubok matçı keçirib. Sizcə, bu, oyunda təsirini göstərdimi?
- “Qəbələ” və “Qarabağ” bu gün avrokuboklardakı ağır oyunlardan sonra üz-üzə gəlirdi. Bu da təsirini göstərirdi. Ola bilər ki, futbolçularda bir az yorğunluq var idi. Amma oyunçular çox əzmlə mübarizə apardı.
- “Qəbələ”nin azarkeş problemini aradan qaldırmaq üçün nə kimi işlər görülür?
- Bu, təkcə “Qəbələ”yə yox, bütün azarkeşlərə aiddi. Məncə, çoxlu təbliğat aparılmalıdı. Azarkeşlər hətta oyun başa çatdıqdan sonra futbolçuların meydanı tərk etməsinə kimi gözləməlidi.
- “Qəbələ”nin növbəti mövsüm avrokubok oyunlarını doğma meydanın keçirə bilməsi üçün işlər aparılacaqmı?
- Bəli, belə planımız var. İstəyirik ki, stadionu bu tələblərə uyğun təmin edək. Ümid edirəm, növbəti mövsüm üçün bunu edəcəyik.
- “Qarabağ”ın çempionluq uğurunda əsas rəqibiniz olduğunu bildirdiniz. Bunu digər komandalara yuxarıdan aşağı baxmaq kimi dəyərləndirmirsiniz?
- Başqa güclü komandalar da var, çempionatda güclü mübarizə gedir. Amma “Qarabağ” artıq neçə ildi ki, çempion olub, bizim kimi avroliqanın qrup mərhələsinə yüksəlir. Məhz buna görə onları əsas rəqibimiz sayırıq. Buna baxmayaraq, digər komandalara da hörmətlə yanaşırıq. Bütün matçlara qələbə qazanmaq üçün çıxırıq. Məhz belə olduqda çempionluğu təmin edə bilərik.(fanat.az)
MilliYol.Az
Digər xəbərlər
loading...