Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub
Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsi xəyanətə görə baş verib.
Şamaxı rayonu, Pirbəhli kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, sevgilisi, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.
M.İbrahimova xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib. Onun vəziyyəti ağırdır.Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.
İbrahimov Əmrah İbrahim oğlu polis şöbəsinə gələrək, könüllü təslim olub.
Qeyd edək ki, bundan əvvəl Ə.İbrahimovun həyat yoldaşını güllələdikdən sonra intihar etdiyi bildirilirdi.
MilliYol.Az