Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb
Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq və bu kameralar dayanacaqların ərazisini zəbt edən avtomobilləri çəkərək elektron protokollar tərtib edəcək.
Bildirilir ki, dayanacaqların ərazisini zəbt edən maşınların sürücülərinin kütləvi cərimələnməsi bu məsələnin aradan qaldırılmasında böyük rol oynayacaq.
MilliYol.Az