Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, dövlət başçıları Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti müzakirə edəcəklər.
Görüşdə İdlibdəki müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.
Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib ki, Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi var.
MilliYol.Az
Digər xəbərlər
loading...