“Un alverçiliyi”ndən başalanan monopolistin yolunun sonunda nə görünür?
Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmaların nəticələrinə əsasən, bir çox çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi aşkar edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Məlumat görə, həyata keçirilən tədbirlər zamanı Agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib. Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən, bir çox çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi aşkar olunub.
Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilib və aşkar olunan nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib olunub.
Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib.
İnsan həyatı və sağlamlığına mühüm təhlükə olan həmin çörəklərin bişirlməsi üçün istifadə edilən unun istehaslı üçün lazım olan taxılı Azərbaycana gətirən bilrisinizmi kimdir? Həmin taxıldan un üyüdüb çörəkbişirmə müəssisələrini əsas xammalla təmin edən kimdir? Əlbəttə, ölkədə bunu hamı bilir.
Azərbaycanın “un kralı kimi” tanınan, bu gün də doğulub-böyüdüyü İmişlidə Rusiyadan vaqonlarla un daşıyıb satdığı üçün “un alverçisi” kimi xatırlanan, deputat olduğu halda bir dəfə də olsun Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış etməyən, “lal deputatlar” siyahısının fəxri üzvü və nəhayət, Heydər Əliyev Fondunun adı ilə tikilmiş müəssisələri öz adına çıxan Əsabil Qasımovdur.
Bilindiyi kimi, Azərbaycanda əksər un dəyirmanları, taxıl idxalı bu şəxsə bağlıdır. Əlqərəz, bu şəxs ölkənin 1№-li un-taxıl monopolisti kimi tanınıb. Onun haqqında çoxlu əfsanələr də dolaşır. Adı məhkəmə qalmaqallarında keçib. Hətta bir zamanlar Əsabil Qasımovun Ermənistana kəpəy satması ölkə mətbuatının gündəminə oturub. Lakin bir dəfə də olsun, parlamentdə lal-dinməz oturmağı xoşlayan Əsabil Qasımov mətbuatla münasibətdə də lal-dinməzlik nümayiş etdirib. Depuatat barəsində yazılanlar barədə bir dəfə də olsun təkzib verməyib. Ola ilər ki, hörmətli deputat-oliqarx “susmağın qızıl olduğunu” düşünür, amma “susmaq razılıq əlamitidir” kimi, bir atalar sözümüz də var...
Bizim Əsabil Qasımova diqqət yetirməyimizin bu dəfəki səbəi isə nə monopoliyadır, nə korrupsiya, nə də ki, deputat fəaliyyətsizliyi və məsuliyyətsizliyi (Milli Məclisdən aldığımız səhih bilgilərə görə, bu deputat bəzi illər ərzində ümumilikdə heç 10 nəfər seçicisin qəbul etməyib. Onunla bağlı düzgün hesabat hazırlayanlar barədə isə Prezident Administrasiyası və Milli Məclis rəhbərliyindəki hamilərinə şikayət edərək təzyiq göstərir. Bu barədə növbəti yazılarımızda daha ətraflı bilgilər verəcəyik). Sadaladıqlarımızın hər biri ayrı-ayrılıqda ictimai-əxlaq məsuliyyəti doğursa da son ittihamlar sırf strateji və ölkə əhalisinin təhlükəsizliyinə bağlı, sübut olunarsa, hətta cəinayət məsuliyyəti doğuran məsələdir. Yəni millətə onun sağlamlığının ziyanına- xəstə məhsulları yedirmək cinayət məsuliyyəti doğurur.
Hüquqşünasların rəyinə görə, bu, cinayət məsuliyyəti yaradır. Əgər Qida Təhlükəsizliyi Agentliyinin iddiaları təsdiqini taparsa, bu məsələ cərimə ilə ört-basdır edilə bilməz və ölkə əhalisinin təhlükəsizliyinə bağlı məsələ hökmən məhkəmə zallarında çözülməlidir.
Və ittihamlar sübut olunarsa, Əsabil Qasımovun deputat mandatından məhrum ediləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi şübhəsizdir. Yox, Əsabil müəllim özünü günahsız sayıb ittihamları qəbul etmirsə, o zaman onun işgüzar imicinə xələl gətirən, cinayət tərkibli ittihamalrına görə AQTA-nı məhkəməyə verməlidir. Əks təqdirdə, yenə təkrar edirik, “susmaq razılıq əlamətidir” zərb-məsəlini xatırlamalı olacağıq...
Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...
MilliYol.Az