Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25,795 mln. ton xam neft hasil edilib
MilliYol.Az “Report”-a istinadən verdiyi xəbərə görə, bu həcmin 25 760,6 min tonu əmtəəlik xam neftin payına düşüb.
Bu ilin 8 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,9% artıq olub.
Hesabat dövründə ölkədə 19 542,4 mln. kubmetr qaz hasil edilib ki, bu həcm ötən ilin müvafiq dövründən 4,6 % çoxdur.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda hasil olunan təbii qazın 12 117,1 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 0,5% çox olub.
MilliYol.Az
Digər xəbərlər
loading...