Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin sayı 80 təşkil edir
Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin idarəolunması üzrə informasiya sistemi Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, 2017-2018-ci tədris ilinin sonunda Azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15 150 nəfər təşkil edib.
Həmçinin qeyd olunub ki, Gürcüstanın 38 ictimai məktəbində Azərbaycan bölməsi fəaliyyət göstərir və ötən tədris ilində həmin bölmələrdə 9 852 şagird təhsil alıb. Bundan başqa, iki özəl məktəbə Azərbaycan bölməsi açmaq hüququ verilib.
2018-2019-cu tədris ili üzrə Azərbaycandilli məktəblər və ictimai məktəblərin Azərbaycan bölmələrində təhsil alan şagirdlərin sayı hələ ki, məlum deyil.
MilliYol.Az