Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 25-ci km-də iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Biləsuvar rayonundan Bakıya sərnişin daşıyan “AzSamand” markalı minik avtomaşının dəmir yolayırıcına çırpılması nəticəsində Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 34 yaşlı Elvin Nurəddin oğlu Səmədov və Günəşli kənd sakini, 31 yaşlı Taleh Ədalət oğlu Bəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
“AzSamand”ın idarəetməni itirməsinə isə qarşısında gedən yük maşınınından qoparaq yola düşən çənin səbəb olduğu deyilir. Belə ki, dəmir çənlə toqquşmadan yayınmaq istəyən minik maşını yoldakı dəmir ayırıcıya çırpılıb.
Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)
MilliYol.Az