Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Binəqədidə "AzSamand" markalı, 90 VM 846 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən azyaşlını vurub. Maşının altında qalan uşağın həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalardan sonra ölən uşağın 2010-cu il təvəllüdlü Xancıqazlı Yusif Afiq oğlu olması müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
MiliYol.Az
Digər xəbərlər
loading...