"Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda svilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransisklə görüşü zamanı deyib. Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib:
“Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır”.
Roma Papası Fransisk İlham Əliyevlə görüşü zamanı Azərbaycan prezidentinin Vatikan səfərini xatırladaraq, bu səfərə görə təşəkkürünü bildirib: "Biz hazırda sizin qədim torpaqlarınızdayıq. Bilirəm ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilib. Azərbaycanda mənə göstərilmiş səmimi qəbula görə minnətdaram. İndiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklər çox böyük əhəmiyyət kəsb edir. Bu, insanlar üçün vacibdir. Biz əlaqələrimizin məhsuldar olduğunu deyə bilərik”.
MilliYol.Az
Digər xəbərlər
loading...