“SpaceX” kompaniyası Ay ətrafında səyahətə yollanacaq ilk kosmik turistinin adını açıqlayacaq
“İnterfaks” xəbər verir ki, turistin adı sentyabrın 17-də keçiriləcək xüsusi tədbirdə elan ediləcək.
Turisti aparacaq kosmik gəmi ağır “Big Falcon Rocket” raketi ilə fəzaya qalxacaq. O, iki hissədən ibarətdir. Onlardan biri gəmini orbitə çıxaracaq, digəri isə Ay ətrafında dövrə vuracaq.
Hazırda iki nəfərin “SpaceX” kompaniyasından kosmik turist bileti aldığı bildirilir. Onların adları açıqlanmır. Kompaniyanın rəhbəri İlon Mask 2019-cu ildə “Big Falcon Rocket” raketinin ilk sınağını keçirməyi planlaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...