Azərbaycana səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub. MilliYol.Az xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezidenti İlham Əliyevə raport verib. Prezident Roma Papası Fransiski qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verib.
Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib. Roma Papası Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Roma Papasının qarşısından keçib. İlham Əliyev və Roma Papası rəsmi foto çəkdirib.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransiski ilə görüşü olub. Roma Papası səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
İlham Əliyev deyib: “Sizi Azərbaycanda salamlamaqdan məmnunluq duyuram. Sizin Azərbaycana səfəriniz tarixi bir səfərdir. Çox minnətdaram ki, mənim dəvətimi qəbu edib Azərbaycana səfər etmisiniz. Ümid edirəm ki, siz vətənə xoş təəssüratlarla dönəcəksiniz. Sizin bu səfəriniz Vatikan-Azərbaycan əlaqələri üçün, eyni zamanda sivilizasiyalararası dialoq üçün çox əhəmiyyətlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...