Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan yaxın günlərdə hökumətə məxsus bağ evlərindən birinə köçəcək
“Report” xəbər verir ki, hazırda yeni hökumət üzvlərindən yalnız baş nazir Nikol Paşinyan həmin bağ evlərindən birində yaşayır.
Bildirilib ki, Artur Vanetsyanla Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığının dinlənilməsinə dair son hadisələr onun yeni evə köçməsini sürətləndirib: “Ermənistan Milli Təhlükəsizlik Xidmətində Artur Vanetsyana qarşı sui-qəsd planının hazırlandığı barədə məlumat var. Baş nazir Nikol Paşinyan da təhlükəsizlik baxımından xidmətin direktorunu öz yanına aparır”.
Məlumata əsasən, Ermənistan tarixində Milli Təhlükəsizlik Xidmətinin direktorları heç vaxt bağ evində yaşamayıb.
MilliYol.Az