Böyük Britaniya rəsmi qurumları tərəfindən Solsberidəki zəhərlənmə hadisəsində şübhəli bilinən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov ilk dəfə müsahibə veriblər
Onlar daha əvvəl Skripallar barədə xəbərsiz olduqlarını bildiriblər.
Hər iki şəxs, polisin iddia etdiyi kimi, içində zəhərli maddə olan ətir qabı gətirmədiklərini, əgər belə olsaydı, sərhəddə gömrük və polis əməkdaşlarının diqqətini cəlb edə biləcəklərini vurğulayıb. Onlar, həmçinin Böyük Britaniyaya işgüzar məqsədlə və turist kimi getdiklərini söyləyiblər.
Qeyd edək ki, bu ilin mart ayında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızını zəhərləyiblər. Böyük Britaniyada bu hadisə Rusiya tərəfindən həyata keçirilən sui-qəsd kimi dəyərləndirilib. Sentyabrın 5-də isə yerli prokurorluq hadisədə Petrov və Boşirovun şübhəli bilindiklərini açıqlayıb.(report)
MilliYol.Az