Yaxın günlərdə Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən ayrılacaq
Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb.
Qəzetin məlumatına görə, təşkilata üzv ölkələrin prezidentləri Ermənistan rəhbərliyinin Y.Xaçaturovu geri çağırmaq tələbinə razılıq veriblər.
Qeyd olunur ki, çox güman, Ermənistanın bu vəzifəyə başqa namizəd irəli sürməsinə icazə verilməyəcək və KTMT-nin yeni baş katibi rotasiya üzrə sırada olan Belarusun nümayəndəsi olacaq.
Xatırladaq ki, Y.Xaçaturov aprelin 14-də KTMT-nin baş katibi vəzifəsinə təyin edilib, mayın 2-də isə iki il müddətinə səlahiyyətlərinin icrasına başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...