Nikahdan əvvəl müayinədən keçənlərin 1575-də siflis, 387-də HİV1/2 (QİÇS) aşkarlanıb
Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, nikahdan əvvəl müayinə ilə bağlı qərarın tətbiq edildiyi 2015-ci ilin iyunundan bu ilin sentyabrınadək ümumilikdə 457422 nəfər müayinə edilib. 16847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb.
Bu ilin əvvəlindən indiyədək 93138 nəfər müayinə edilib, 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.
Qeyd edək ki, nikahdan əvvəl müayinələr "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə aparılır.
MilliYol.Az